Bakıda qadın zirzəmiyə yıxılaraq xəsarət alıb

10:01 - 29 May 2018 - HADİSƏ

Bakıda qadın zirzəmiyə yıxılıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Qalina Jitkova fərdi yaşayış evinin zirzəmisinə yıxılaraq xəsarət alıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı zirzəmidən çıxarıb və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil veriblər.

 

 

Əməliyyat başa çatıb.

Xəbər xətti