Ana səhifə
16 Noyabr 2018

Britaniyada sərnişin qatarı səhvən başqa şəhərə gedib

Britaniyada "CrossCountry Train" qatarının maşınısti sərnişinləri səhvən başqa şəhərə aparıb. "Report" xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb. Xəbərdə qeyd edilir ki, qatar ölkənin şimalındakı Nyukasldan cənuba – Reddinqə doğru getmək əvəzinə, Pontefrakta istiqamətlənib. "Mən hazırda hardasa Ponterfakt yaxınlığında itən qatardayam", - deyə sərnişinlərdən biri "Twitter"də yazıb. O, qeyd edib ki, burada "ilişib" qalıblar: "Çünki maşinist səhv yolu seçib. Kimin ağlına gələrdi ki, bu ümumiyyətlə mümkündür?". Sərnişinin sözlərinə görə, qatarda onunla birlikdə yüzlərlə yolçu olub. Ponterfrakt ətrafındakı uzunmüddətli dayanmalardan sonra qatar yenidən şimala qayıdıb və doğru marşrutla hərəkətə başlayıb. Bunun üçün bir neçə saat lazım gəlib. Saut-Yorkşir qraflığının Şeffild şəhərində sərnişinləri qatardan endiriblər.
Tarix
29 May 2018 [09:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin