Bu ilin sonunda Fransa prezidentinin Azərbaycana səfəri gözlənilir

13:57 - 27 May 2018 - Xəbər

"Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub, bizim sıx əlaqələrimiz  var".

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün  Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatla çıxışında bildirib.

Fransalı nazir deyib ki, bu ilin sonunda Fransa prezidenti Emmanuel Makronun  Azərbaycana səfəri gözlənilir: "Uzun müddət idi ki, Fransa XİN rəhbəri Azərbaycana gəlmirdi.  Bu gün bu bayram ərəfəsində bizim burda olmağımız siyasi hadisədir".

Xəbər xətti