Ronaldo "Real"dan ayrılır?

10:02 - 27 May 2018 - İDMAN

"Real"ın futbolçusu Kriştiano Ronaldo Madrid klubundan ayrıla bilər. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasının finalında "Liverpul"la oyundan (3:1) sonra verdiyi açıqlamada buna işarə vurub. Portuqaliyalı hücumçu deyib: “Real”da oynamaq  gözəl idi. Həmişə mənə dəstək olan azarkeşlərə qarşıdakı günlərdə gələcəyimlə bağlı lazımi açıqlamaları verəcəm.  İndi isə yazdığımızdan tarixdən həzz almaq lazımdır". Qeyd edək ki, K.Ronaldo 2009-cü ildən "Real"ın şərəfini qoruyur".

Xəbər xətti