Siyəzəndə sərnişin avtobusu mikroavtobusla toqquşub: xəsarət alanlar var

18:57 - 26 May 2018 - HADİSƏ

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Bakıdan Xaçmaz istiqamətində hərəkət edən sərnişin avtobusu mikroavtobusla toqquşub.  İlkin məlumata görə, qəza zamanı 4 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım maşınları cəlb edilib.  

Xəbər xətti