Gömrükçülər Azərbaycana qanunsuz yolla mobil telefon keçirilməsinin qarşısını alıb

19:00 - 26 May 2018 - Xəbər

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına idarə etdiyi "Mitsubishi Airtek" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.   Ucnoqta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumat görə, baxış zamanı, nəqiyyat vasitəsinin gizli saxlanc yerlərindən 3 ədəd "Samsung J3", 2 ədəd"Samsung Galaxy J7 pro", 1 ədəd "Samsung Galaxy A5", "Samsung Galaxy J5" və "Samsung Galaxy J5 pro" markalı mobil telefonlar aşkar edilib.   Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti