Bakıda zəncirvari qəza olub

09:24 - 26 May 2018 - HADİSƏ

Bakının Səbail rayonu ərazisində yol qəzası baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.   Hadisə zamanı "VAZ 2121" (Niva) və "Daewoo" markalı minik maşınları toqquşub. Bundan sonra hərəkətdə olan "KİA" markalı digər avtomobil də avtoqəzanın iştirakçısına çevrilib. Yol qəzası nəticəsində xəsarət alan olmayıb. Ziyan görən yalnız nəqliyyat vasitələri olub.   Əraziyə polis gəlib və müayinələr aparılıb. İlkin versiyaya görə, hadisə Bülbül prospekti ilə gedən "Niva" markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi səbəbindən baş verib.

Xəbər xətti