Salah: "Hamı Lionel Messi və Kriştianu Ronaldu haqqında danışır"

22:07 - 25 May 2018 - İDMAN

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah dünyanın ən yaxşı futbolçuları ilə müqayisə olunması barədə danışıb. 26 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının final oyunu ilə bağlı da fikirlərini bölüşüb. Misirli oyunçu rəqəmlərə müsbət yanaşdığını bildirib: "Hamı Lionel Messi və Kriştianu Ronaldu haqqında danışır. Çünki onlar 13-15 ildir bu səviyyədə oynayırlar. Fəxr edirəm ki, məni onlarla müqayisə edirlər". M.Salah final oyununun Ronaldu ilə onun qarşıdurması olmayacağını söyləyib. Misirli futbolçu hər kəsin ondan qürur duymasını istədiyini deyib: "Hər kəsi bu şəhərdə, Misirdə və bütün dünyada xoşbəxt görmək istəyirəm. Yalnız oyun haqqında düşünməli və öz işimi yerinə yetirməliyəm". Qeyd edək ki, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək "Real Madrid" - "Liverpul" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Xəbər xətti