Ana səhifə
16 Avqust 2018

Əli Həsənov: Almatıda Azərbaycan Tarixi və Mədəniyyəti Mərkəzinin açılması xalqların yaxınlaşmasına müsbət təsir edəcək

Almatıda Azərbaycan Tarixi və Mədəniyyəti Mərkəzinin açılması Qazaxıstan və Azərbaycan xalqlarının yaxınlaşmasına və elmi biliklərin mübadiləsinə müsbət təsir göstərəcək. Bunu Almatı akimi Bauırjan Baybeklə görüşü zamanı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov deyib. Ə.Həsənov qeyd edib: “Biz artıq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasnını 95 illiyinə həsr olunmuş bir neçə konfrans keçirmişik. Bu dəstək dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini əks etdirir”. Görüş zamanı tərəflər ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin möhkəmlənməsi məsələlərini müzakirə ediblər. İkitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan tərəfi Almatı və Gəncəni qardaşlaşmış şəhərlərə çevirməyi, eləcə də meqapolisdə Azərbaycan Ticarət Evinin açılması məsələsini nəzərdən keçirməyi təklif edib.trend
Tarix
25 May 2018 [18:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin