Ana səhifə
15 Dekabr 2018

Mirça Luçesku yubiley matçını keçirdi

“Şaxtyor”un baş məşqçisi Mirça Luçesku üçün əlamətdar oyun olub.

 

Ucnoqta.az apasport.az-a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis Ukrayna Premyer Liqasının X turunda “Qoverla”nı 4:1 hesabı ilə məğlub etdikləri matçda yubiley oyununa çıxıb.

 

Belə ki, Luçesku Donetsk klubunun heyətində 500-cü rəsmi görüşünü keçirib.

 

Qeyd edək ki, “Qalatasaray”ın sabiq çalışdırıcısı “Şaxtyor”da ilk rəsmi matçına 22 may 2004-cü il tarixində çıxıb. Həmin qarşılaşmada Donetsk təmsilçisi “Karpat”a 5:0 hesabı ilə qalib gəlmişdi. Mirça Ukrayna çempionatında 319, ölkə kubokunda 58 və avrokuboklarda 123 görüşdə “Şaxtyor”a rəhbərlik edib ki, bunlardan da 350-sində qələbəyə sevinib. 74 oyunda qalib müəyyənləşməyib və 76 matçda üzülüb. Topların fərqi: - 1046 - 379.

Tarix
6 Dekabr 2014 [23:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin