Yerə ən uzaq ulduz kəşf edildi

20:16 - 25 May 2018 - Xəbər

Amerikalı astronomlar “Habbl” teleskopu vasitəsilə Yerə ən uzaq ulduzu kəşf edib.

İkar adı verilən ulduz planetimizdən 9 milyard işıq ili uzaqlıqda yerləşir.

Qeyd olunur ki, bu nəhəng ulduz Günəşdən dəfələrlə böyük və parlaqdır.

İkar bu cür uzaq məsafədən kəşf olunmuş ilk tək ulduzdur. Mütəxəssislər qeyd edir ki, adətən, bu cür məsafələrdən superyeni ulduzlar, qamma-partlayışlar və ulduzlar qrupu müşahidə olunur.trend

Xəbər xətti