Robotların yemək bişirdiyi restoran açıldı

19:24 - 25 May 2018 - MARAQLI

ABŞ-ın Boston şəhərində yemək hazırlanma prosesinin robotlar tərəfindən həyata keçirildiyi restoran açılıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, “Spyce” adı verilən restoranda əsasən salatlar təklif olunur.
Qeyd olunur ki, restoran Massaçusets Texnoloji İnstitutunun dörd tələbəsi tərəfindən açılıb. Gələcəkdə restoranın menyusunda daha çətin yemək növlərinin yer alacağı planlaşdırılır.

Xəbər xətti