Azərbaycanda biznes evləri yaradılacaq

19:00 - 25 May 2018 - Xəbər

Azərbaycanın müxtəlif şəhər və rayonlarında kiçik və orta biznes evlərinin yaradılması planlaşdırılır.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov deyib. Onun sözlərinə görə, biznes evlərinin yaradılmasında məqsəd sahibkarlara dəstək olmaqdır: "Agentlik kiçik və orta biznes evlərinin təşkilini, əlaqələndirilməsini və tənzimlənməsini vahid səlahiyyətli qurum kimi həyata keçirəcək".

Xəbər xətti