Əfv edilən əcnəbi vətəndaş Prezident İlham Əliyevə təşəkkür etdi

13:41 - 25 May 2018 - Xəbər

"Azərbaycana turist kimi gəlmişdim. İrana keçərkən yaxalandım. Azərbaycan Prezidenti İlham Əliyevə məni bağışladığına görə minnətdaram".

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən Banqladeş vətəndaşı Hüseyn Məhəmməd Camir deyib. O vurğulayıb ki, Azərbaycan Prezidenti nəinki öz vətəndaşlarını, xarici vətəndaşları da düşünür: "Ailəmin adından da cənab Prezidentə minnətdarlığımı bildirirəm. Mən Azərbaycan Prezidenti kimi humanist dövlət başçısı görməmişəm".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamı imzalayıb.
Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olunub.

Xəbər xətti