Azərbaycanda əməkhaqqına vahid vergi yükü tətbiq ediləcək

13:26 - 25 May 2018 - Xəbər

"Hazırda bütün vergi ödəyiciləri və sahibkarlar üçün mühüm olan bir mövzu müzakirə edilir. Bu, Prezident İlham Əliyevin tapşırığına əsasən vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır".

Vergilər naziri Mikayıl Cabbarov deyib ki, islahat əməkhaqqına tətbiq olunan vahid vergi yükü müəyyənləşdirilməsini nəzərdə tutur. "İndi müzakirə olunan vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır. İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əməkhaqların real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə öz töhfəsini verməlidir", - deyə M.Cabbarov vurğulayıb. Apa

Xəbər xətti