Bahar Muradova: “Hec kimə Rüstəm İbrahimbəyovun sonu kimi sonluq arzulamazdım”

12:26 - 25 May 2018 - SİYASƏT

 “Mənsub olduğu xalqın vicdanlı nümayəndəsi və ölkəsinin vətəndaşı ola bilməyən, olmaq istəməyən birisi “dunya vətəndaşı” hec ola bilməz. Yalnız milli və bəşəri idealları vəhdətdə götürməyi bacaranlar cərçivələri yara və proseslərin fövqünə qalxa bilərlər. Həyat göstərdi ki, yalnız hec bir əndazəyə sığmayan hərəkətləri və sensasion acıqlamaları ilə "məşhurluq" qazanmaqla öz konyuktur maraqlarını doğma xalqının və insanlığın mənafeyinə xidmətdən üstün tutanlar mütləq şəkildə "bizim kinossenarist" Rustəm İbrahimbəyovun aqibəti ilə üzləşəcəklər”.

Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova özünün facebook hesabında yazıb.

“İxtiyar yaşında öz günahı üzündən soydaşları arasında olub qalan hörmət və nüfuzunu itirənlər başqalarnın sevgisini qazana bilməzlər. Həm də ki, artıq buna vaxt qalmayıb. Daha hec kimə belə sonluq arzulamazdım...”, - B.Muradova əlavə edib.report

Xəbər xətti