Azərbaycanda qanunsuz ov edən 7 əcnəbi saxlanılıb

12:25 - 25 May 2018 - Xəbər

"2017-ci ildə və bu ilin 4 ayı ərzində qanunsuz ovla məşğul olan 300-ə qədər Azərbaycan vətəndaşı saxlanılıb".

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib. O qeyd edib ki, bu ilin 3 ayında qanunsuz ovla məşğul olan 7 əcnəbi barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, hər biri 2000 manat olmaqla cərimələnib: "Əcnəbilər əsasən ərəb ölkələrinin vətəndaşlarıdır. Onlar ölkə ərazisindən çıxarılıb".

Xəbər xətti