Neftçalada qadın iki körpəsi ilə birlikdə itkin düşüb

11:21 - 25 May 2018 - HADİSƏ

Neftçala rayonunda qadın iki körpəsi ilə birlikdə itkin düşüb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Türkan Zamanlı iki qızı - 3 yaşlı Sevər və 2 yaşlı Ruqəyya ilə birlikdə Mürsəqulu kəndində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Qadının qohumları itkin düşənlərin tapılması üçün Neftçala Rayon Polis Şöbəsinə müraciət ediblər.

Xəbər xətti