Ana səhifə
19 Oktyabr 2018

Sona Vəliyeva: "Biz dövlətimizi qoruyaraq onu gələcək nəsillərə çatdırmalıyıq"

"Təəssüf edirəm ki, bu gün bizim dövlətçiliyimizə zərər vurmaq istəyən şəxslər var. Vaxtilə əsərləri ilə özünü bizə tanıdan Rüstəm İbrahimbəyov bu gün əsərləri ilə özünə nifrət qazandırır".

Bunu "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "İstiqlal düşüncələri. Cumhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimində Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, Azərbaycan xalqını aşağılayan "Qafqaz üçlüyü" filminin çəkilməsinə münasibət bildirərkən deyib.
S.Vəliyeva R.İbrahimbəyovun bu əməlini xəyanət adlandırıb: "Bu dövlət bizimdirsə, ona əl qaldıranlara qarşı əlimizi qaldırmalıyıq. Bu xəyanətdir, buna başqa ad vermək olmaz. Dövlət mükafatı almaq istəyirsənsə, onu başqa yerdə ara. Biz belə insanları lənətləməliyik. Biz bəlkə Əkrəm Əylisliyə qarşı bir az yumşaq davrandıq deyə, o cəsarətləndi. Amma buna da cəsarət deyil, xəyanət demək olar. Bu dövlət Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu əmanət və yadigardır. Biz dövlətimizi qoruyaraq onu gələcək nəsillərə çatdırmalıyıq. Biz xəyanətlərə qarşı səsimizi qaldırıb mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil".

Tarix
25 May 2018 [10:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin