Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib

10:38 - 25 May 2018 - Xəbər

​24 may 2018-ci il tarixində dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib

Mayın 24-də dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.
Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğluna aid olduğu müəyyən olunub.


Xəbər xətti