Ana səhifə
20 İyun 2018

Gədəbəydə 2 gavalı ağacını kəsən 2 min manat cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Gədəbəy rayonu Arıqıran kəndi ərazisində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, araşdırma zamanı Gədəbəy rayonun Arıqıran bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş 2 ədəd gavalı ağacının kənd sakini Sahib Məmmədov tərəfindən kəsildiyi aşkar edilib və təbiətə 220 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilib.

Tarix
25 May 2018 [10:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin