Ana səhifə
25 İyun 2018

Bakıda 500 manata tapança satmaq istəyən şəxs saxlanılıb

Bakıda 500 manata tapança satmaq istəyən şəxs polislər tərəfindən saxlanılıb.

Ucnoqta.az DİN-dən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinə E.Babayev küçəsində Şahin adlı şəxsin 500 manata odlu silah satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs, Kürdəmir rayon sakini əvvəllər məhkum olunmuş Şahin Kərimov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd “PSM” markalı tapança və içərisində 2 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı bir müddət bundan əvvəl yaşadığı Kürdəmir rayonunda tapdığını və satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.

Faktla bağlı 7-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Tarix
25 May 2018 [10:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin