Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

18:25 - 24 May 2018 - Xəbər

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan öz dövlətçiliyinin əsaslarının möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb. Ölkənizin bundan sonra da dinamik inkişaf etməsini və Sizin rəhbərliyinizlə nəzərdə tutulan hədəflərə çatmasını arzu edirəm. Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq iki ölkənin xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

Xəbər xətti