Tramp Şimali Koreya lideri ilə görüşməyəcək

18:11 - 24 May 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşündən imtina edib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Tramp Şimali Koreya liderinə yazdığı məktubda məlumat verib. Beləliklə də, iyunun 12-si Sinqapurda planlaşdırılan sammit təxirə düşüb.   Tramp sammitdən imtinasını rəsmi Pxenyanın Vaşinqtona qarşı sərgilədiyi açıq düşmənçilik mövqeyi ilə əsaslandırıb.   

Xəbər xətti