Müəllimlərin növbəti diaqnostik qiymətləndirməsinin keçiriləcəyi tarixlər açıqlandı

15:57 - 24 May 2018 - Xəbər

Bu ilin 26 may – 2 iyun tarixlərində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.
Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunacaq qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat istifadəçilərin şəxsi səhifələrinə göndəriləcək.

İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərində keçiriləcək.

Xəbər xətti