Ana səhifə
14 Avqust 2018

DİN işçi axtarır

Daxili İşlər Nazirliyi (DİN) Beynəlxalq Əməkdaşlıq İdarəsində vakant olan 2 inspektor və 1 inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edib.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, inspektor vəzifələrinə namizədlər dövlət ali təhsil müəssisələrini beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bitirmiş, ixtisası üzrə əmək stajına malik olmalıdır.
İnspektor-tərcüməçi vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrini tərcüməçi (sinxron-ingilis dili) ixtisası üzrə bitirmiş, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik olmalıdır.
Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin may ayının 23-dən iyun ayının 23-dək ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına - Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplom, hərbi bilet və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-97-52; (012)-590-93-27.

Tarix
24 May 2018 [14:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin