Ana səhifə
16 Avqust 2018

Zöhrə Abdullayevanın oğlu DGK-nın şöbə rəisi olubmuş - Foto

Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Zöhrə Abdullayevanın oğlu vəfat edib.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun yas mərasimində iştirak edən əməkdaşlarının məlumatına görə, 47 yaşlı İsrafil Abdullayevin iki övladı var. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır. 

İ. Abdullayevin cənazəsi bu gün günorta saat 2-də Nardaran qəsəbəsində yerləşən evindən götürüləcək. O, Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.
Beyin xərçəngindən əziyyət çəkən Abdullayevin son 3 gündə vəziyyəti pisləşib və o, bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilir ki, İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb.

Tarix
24 May 2018 [13:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin