Paşinyan Baş Qərargah rəisini işdən çıxardır

12:41 - 24 May 2018 - Xəbər

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasında bəyan edib ki, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Movses Akopyanın işdən azad edilməsi barədə prezidentə təklif göndərib.

N.Paşinyan deyib: “Bu gün Silahlı Qüvvələrin Baş Qərargahının yeni rəisi təyin ediləcək".

Yeni Qərargah rəisi mayın 25-də silahlı qüvvələrə təqdim olunacaq.

Qeyd edilir ki, keçmiş rəis başqa işə keçirilməsi səbəbindən azad olunub.trend

Xəbər xətti