Ana səhifə
22 Oktyabr 2018

Britaniya mətbuatı Azərbaycandakı dini tolerantlıqdan yazdı

Böyük Britaniyanın “Jewish News” onlayn qəzeti Azərbaycanda dini tolerantlığın inkişafı haqqında məqalə yayıb.

 

Ucnoqta.az AzərTac-a istinadla bildirir ki, “Faith Matters” qeyri-hökumət təşkilatının direktoru Fiyaz Muğalın müəllifi olduğu məqalədə bildirilir ki, Azərbaycan dini tolerantlığın inkişafı baxımından regionun mərkəzidir.
Məqalədə son illər Azərbaycanda gedən inkişaf proseslərindən bəhs olunur. Ölkədə informasiya-kommunikasiya texnologiyalarının, infrastrukturun, sahibkarlığın sürətlə inkişaf etdiyi vurğulanır.
Azərbaycanın həmişə yeni ideyalara açılan qapı olduğu diqqətə çatdırılan yazıda ölkədə iki min ildən bəridir ki, yəhudilərin müsəlmanlarla birgə sülh və dostluq şəraitində yaşadıqları qeyd edilir. Bildirilir ki, buraya digər dini icmaları da aid etmək olar.
Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif vurğulayır ki, ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycanda dini tolerantlıq qorunub saxlanılır, ölkə daxilində əmin-amanlıq hökm sürür.
Məqalədə Azərbaycan ilə İsrail arasındakı əlaqələrdən də bəhs edilir.
 

Tarix
6 Dekabr 2014 [18:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin