Bakıdan Buxarestə birbaşa aviareys açılacaq

11:36 - 24 May 2018 - Xəbər

Rumıniyanın milli aviadaşıyıcısı - TAROM Buxarest-Bakı-Buxarest marşrutu üzrə uçuşlara başlamaq niyyətindədir.

Bu barədə "Report" Rumıniya mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, aviaşirkət Bakı ilə yanaşı, Odessa (Ukrayna), Tbilisi (Gürcüstan) və Yerevana (Ermənistan) reyslər yerinə yetirməyi planlaşdırır. Bunun üçün TAROM "Airbus 318" markalı 2 yeni sərnişin təyyarəsi almaq istəyir.
Uçuşlara bu ilin sonuna qədər başlanılması nəzərdə tutulur. Hazırda bununla bağlı danışıqlar gedir.

Xəbər xətti