Ana səhifə
14 Avqust 2018

Petro Poroşenko İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib

Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Düz yüz il əvvəl Azərbaycan xalqı müsəlman Şərqində birinci olaraq demokratik inkişaf modelini seçmişdir. Müasir Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə qədim dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirir və inkişaf edən ölkənin gələcək yüksəlişi yolunda inamlı addımlar atır.
Müstəqilliyinin bərpa edildiyi andan Azərbaycan ardıcıl və prinsipial xarici siyasət aparır. Şübhəsiz ki, bu, Bakının dünya arenasında beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə möhkəmlənməsinə yardım edir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiq etmək istərdim. Həmçinin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk.
Əminəm ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki məzmunla zənginləşdirilməsi bütün əsas sahələrdə əməkdaşlığın intensivləşdirilməsi məqsədilə hərtərəfli dialoqun qarşılıqlı olaraq dərinləşdirilməsini təsdiq edir.

Bu xoş fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Ukraynaya bir daha rəsmi səfərə dəvət edirəm.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, tükənməz enerji, bütün plan və təşəbbüslərinizdə nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, birlik və əmin-amanlıq arzu edirəm".

Tarix
23 May 2018 [17:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin