F-35-in Türkiyəyə veriləcəyi tarix məlum oldu

20:42 - 23 May 2018 - DÜNYA

ABŞ yeni nəsil qırıcı-bombardmançı F-35 təyyarəsini Türkiyəyə iyunun 21-ə təhvil verəcək. Trend bu barədə Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, bu Türkiyənin əldə etdiyi ilk F-35 olacaq. Bununla belə, həmin təyyarə noyabr ayınadək ABŞ-da qalacaq.

Bu müddət ərzində Türkiyə pilotları təlimlər keçəcək.

Xəbər xətti