Ana səhifə
21 Oktyabr 2018

Səhiyyə Nazirliyi: 338 min nəfərdə xəstəliklər aşkarlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı işlər davam edir.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb. Tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 638 min 115 nəfər yararlanıb. Onlardan 3 540 384 kişi, 3 742 875 qadındır. Müraciət edənlərin 338 013 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb.
Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 50 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb. Ən aşağı göstərici isə infeksion xəstəliklər üzrə müşahidə olunub, cəmi 8 015 insanda bu cür hallar üzə çıxıb.

Müayinələr zamanı 27 663 nəfər hospitalizə olunub, 58 563 şəxs dispanser nəzarətinə alınıb, 1 810 880 nəfər əlavə müayinələrə cəlb olunub.
Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 166 min 277 nəfər sağlamlaşdırılıb.

Əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı təbirlər gələcəkdə də davam etdiriləcək .

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, 

 

Tarix
23 May 2018 [12:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin