Ana səhifə
18 İyun 2018

Siyavuş Novruzov: Qız qaçırma insan oğurluğu deyil

"Azərbaycanda adət-ənənələrə görə qız qaçırma var. Bəzən insan oğurluğu ilə qız qaçırmanı eyniləşdirirlər. Hesab edirəm ki, bu, düzgün münasibət deyil".

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, qızı zorla qaçırdıqda hansısa tədbir görmək olar: “Qız zorla qaçırıldıqda bunun üçün bir variant tapmaq olar, amma insan oğurluğu ilə qız qaçırmanı eyniləşdirmək düzgün deyil. İnsan oğurluğu tamah məqsədilə edilir”.
S.Novruzov əlavə edib ki, bu gün vətəndaşlar arasında bağlanan dini nikah onlar arasındakı nikahın daha da möhkəmlənməsinə xidmət etməlidir:

“Bu, bir mənəvi dəstəkdir. Gələcəkdə mütləq bir addım atmalıyıq ki, tərəflər arasında nikah müqavilələri də bağlansın. Mülkiyyət münasibətləri, ailmentin verilməməsi, uşaqların valideynlərə göstərilməməsi ilə bağlı rəsmi qurumlara müraciətlər, şikayətlər edilir. Buna görə də nikah müqavilələri bağlanmalıdır. Bəzən görürsən ki, gəlini gətirirlər və onu evdə qeydiyyata salmırlar ki, birdən sabah əmlaka iddiaçı olar. Bu baxımdan nikahdan əvvəl nikah müqavilələrinin bağlanması çox düzgündür”.

Tarix
23 May 2018 [12:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin