Ana səhifə
26 Sentyabr 2018

Sabirabadda 41 çətənə kolu aşkarlandı

Sabirabadda 41 çətənə kolu aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndi ərazisinə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və ümumi çəkisi 485 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Məsələ ilə əlaqədar olaraq RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Nərimankənd kənd sakinləri olan iki yeniyetməni saxlayıb.
Araşdırma zamanı onların Sahil Əhmədov və Qədir Babayev olduqları məlum olub.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Tarix
23 May 2018 [10:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin