Ana səhifə
19 Oktyabr 2018

Vergilər Nazirliyi: "Bu il e-qaimə-fakturalar üzrə 14,1 mln. manatlıq əməliyyat aparılıb

“2018-ci ilin may ayına olan məlumata əsasən, cari ilin ötən dövrü ərzində e-qaimə-fakturaların sayı ümumilikdə 2 milyon 651 min 795 ədəd olub”. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin əməkdaşı Emil Əzizli deyib. E.Əzizlinin sözlərinə görə, e-qaimə-fakturaların əksəriyyəti Bakı şəhəri ərazisinin payına düşür: “Bu e-qaimə-fakturalardan 2 milyon 421 min 745 ədədi (91,32%) Bakı şəhəri, 230 min 050-si (8,68%) isə ərazilərin payına düşür. Təqdim olunan e-qaimə-fakturalar üzrə əməliyyatların məbləği 14,1 mln. manat olub”. Bu hər e-qaimə-faktura üzrə ortalama 5,32 manatlıq əməliyyat aparılması deməkdir.
Tarix
23 May 2018 [09:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin