DİM: 648 nəfər imtahanda iştirak etməyib

19:23 - 22 May 2018 - Xəbər

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında iştirak üçün 33 139 abituriyent sənəd verib.   Ucnoqta.az xəbər verir ki, DİM-dən APA-ya verilən məlumata görə, onlardan 648 nəfəri imtahanda iştirak etməyib.   İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.   İmtahanda I ixtisas qrupu üzrə 2 abituriyent (İsmayıllı şəhəri, 6 saylı tam orta məktəb və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), IV ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.   Qeyd edək ki, DİM I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini bu gün elan edib. İmtahan nəticələri Mərkəzin saytında yerləşdirilib.

Xəbər xətti