Ana səhifə
21 Oktyabr 2018

Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib

Serbiya Prezidenti Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycanın kənd təsərrüfatı, tikinti, qida sənayesi, turizm, maşınqayırma, bankçılıq, İKT və s. sahələrdə fəaliyyət göstərən şirkətin nümayəndəsi iştirak edib. Serbiya Prezidentini və nümayəndə heyətini salamlayan İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji tərəfdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, Azərbaycan və Serbiya dövlət başçılarının əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Bildirilib ki, Serbiya prezidentinin səfəri zamanı dünən imzalanmış sənədlər ölkələrimiz arasında müqavilə-hüquqi bazanın genişlənməsinə və əlaqələrin inkişafına öz töhfəsini verəcək. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib. Nazir Şahin Mustafyev Azərbaycanın “Azvirt” şirkətinin Serbiyada yol tikintisini uğurla həyata keçirdiyini qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, səfəri çərçivəsində Azərbaycanla daha yaxından tanış olmaq üçün yaradılan imkana görə Prezident İlham Əliyevə təşəkkür edib. Ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini vurğulayan Serbiya Prezidenti ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının yüksək səviyyəli siyasi əməkdaşlıq səviyyəsinə yüksəlməsi üçün imkanları diqqətə çatdırıb. Qeyd olunub ki, səfəri zamanı imzalanmış sənədlər, o cümlədən Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir. Serbiyada yol tikintisini həyata keçirmiş Azərbaycanın “Azvirt” şirkətinin fəaliyyətini müsbət qiymətləndirən Serbiya Prezidenti bu işlərin Serbiyanın digər regionlarında da davam etdirilməsini, “Azvirt”in Azərbaycan biznesini Serbiyada yüksək səviyyədə təqdim etdiyini vurğulayıb. Serbiya iqtisadiyyatı və ölkəsində yaradılmış əlverişli biznes və investiya mühiti barədə danışan Prezident Aleksandr Vuçiç Azərbaycan iş adamlarını Serbiyada layihələr həyata keçirməyə, ölkəsinin investisiya mühitindən yararlanmağa dəvət edib. Bildirib ki, Serbiyada otel tikintisi, kurort turizminin inkişafı, nəqliyyat-tranzit, kənd təsərrüfatı, sənaye, turizm və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Sonra Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan şirkətlərinn Serbiya iqtisadiyyatına, əməkdaşlıq imkanlarına dair suallarını cavablandırıb, Serbiya Prezidentinin müşaviri Danilo Sisimil Serbiyanın biznes mühiti barədə məlumat verib.
Tarix
22 May 2018 [14:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin