Ana səhifə
25 İyun 2018

"Qarabağ" mövsümün son oyununu da qələbə ilə başa vurdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə yekun vurulub. XXVIII turun son oyununda "Qəbələ" və "Qarabağ" komandaları qarşılaşıblar. "Azərsun Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunun müəllifi 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Dani Kintana olub. Beləliklə çempionluğu erkən rəsmiləşdirən "Qarabağ" mövsümü 65 xalla başa vurub. Gümüş medalın sahibi "Qəbələ" 49, bürünc mükafatçı "Neftçi" isə 46 xal toplamağa müvəffəq olub. Futbol mövsümünə mayın 28-də "Qəbələ" və "Keşlə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçı ilə yekun vurulacaq. Azərbaycan Premyer Liqası, XXVIII tur 21 may (bazar ertəsi) 19:00. "Qəbələ” – "Qarabağ” 0:1 Qol: Dani Kintana, 23 - penalti ilə Qırmızı vərəqə, Cavid Hüseyov, 45+2 Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Əli Hüseynov "Azersun Arena”. Report
Tarix
21 May 2018 [21:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin