Şəkidə 23 yaşlı qadın itkin düşüb- Foto

13:44 - 21 May 2018 - Xəbər

Şəkidə qadın itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb və indiyənədək geri qayıtmayıb.
Onun əlamətləri belədir:
Boyu 150 sm, yumru sifətli, dolu bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Ailəlidir.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-24-4-25-50 şəhər , ( 055 ) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xəbər xətti