Ana səhifə
19 İyun 2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti təkmilləşdiriləcək

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi bütün xidmətlərdə şəffaflığın təmin olunması, süründürməçiliyə yol verilməməsi və sosial ədalətin təmin olunması bizim əsas prioritetimiz olacaq".

Ucnoqta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, bu çərçivədə bütün istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılacaq, əhaliyə daha yaxşı xidmətin göstərilməsi üçün müvafiq tədbirlər görüləcək.
"Sosial sektorun daha səmərəli və effektiv fəaliyyəti üçün işlərimizi sistemli aparacağıq. Konkret məsələlərə gəldikdə, müvafiq istiqamətlər üzrə işçi qruplar yaradılıb. İşçi qrupların fəaliyyəti çərçivəsində təkliflər hazırlanacaq və müvafiq qərarlar qəbul ediləcək",- deyə nazir əlavə edib.

Tarix
21 May 2018 [13:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin