Ana səhifə
20 Oktyabr 2018

Şəhid atası: "Oğlum "mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm" deyirdi"

"Oğlum "mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm" deyirdi".

Ucnoqta.az xəbər verir ki, bunu "Report"un Qərb bürosuna şəhid Adil Tatarovun atası Əli Tatarov deyib. Şəhid atası bildirib ki, Adil Tatarov 3 ay əvvəl məzuniyyətə gəldiyi zaman bu sözləri söyləyibmiş: "Oğlum vətənin keşiyində durmasından fəxr duyduğunu və düşmənin torpaqlarımızın hər qarışından çıxarılması üçün hər zaman döyüşə hazır olduğunu deyirdi. Adil məzuniyyətə gələndə deyirdi ki, "mən qəhrəman kimi qayıdacam, ya da bayrağımıza bükülüb gələcəyəm".
Ə.Tatarov oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirib: "Hər kəs vətənini qorumalı, Vətən uğrunda savaşmalı və mənim övladım kimi şəhid olmaqdan qorxmamalıdır".

Qeyd edək ki, ailənin tək oğul övladı olan Adil Tatarovun hərbi xidməti başa vurmağına 4 ayı qalmışdı.

Tarix
21 May 2018 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin