Serbiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

11:44 - 21 May 2018 - Xəbər

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib.

 Heydər Əliyev Beynəlxalq Hava Limanında A.Vuçiçi Azərbaycan rəsmiləri, Serbiyanın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıb.

Qeyd edək ki, A.Vuçiç səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşün ardından bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Bundan əlavə, A.Vuçiç ölkənin Baş naziri Novruz Məmmədov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.
Mayın 22-də A.Vuçiç Azərbaycan Dillər Universitetində olacaq və orada Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak edəcək. Həmçinin Serbiya prezidentinə bu universitetin fəxri doktoru diplomu veriləcək.

Xəbər xətti