Ana səhifə
14 Avqust 2018

Əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilib

Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirən, azad cəmiyyətə və ictimai həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərinə həssaslıqla yanaşılır

Ümummilli lider Heydər Əliyevi tarixi şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri məhz günahkarı cəzalandırmağı, şans verərək bağışlamaqla islah etməyi idi. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması da  məhz bu istiqamətdə atılmış mühüm addım kimi dəyərləndirilir. Artıq əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilib. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirən, azad cəmiyyətə və ictimai həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərinə həssaslıqla yanaşılır. Onlar zaman keçdikcə cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edilirlər.Möhkəm təməllər üzərində əsası qoyulan humanizm prinsiplərinə əsaslanan bu siyasətin varisliyini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hələ ilk  dəfə 2003-cü ildəki seçkilərdə hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına verdiyi vədə layiqincə əməl etdiyini on ildə birmənalı şəkildə təsdiqlədi. Əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətinin təmin edilməsi də məhz bunun təcəssümüdür. Azərbaycan Prezidenti İlham Əliyevin əfvlə bağlı imzaladığı sərəncamlar ölkədə insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyinin təsdiqi kimi də dəyərləndirilir. Yeri gəlmişkən, 1995-ci ildən bugünədək Azərbaycanda əfvlə bağlı imzalanmış fərman və sərəncamlara əsasən, həbsxanalardan minlərlə məhkum azadlığa buraxılıb və ya cəzaları azaldılıb.Bütün bunlar - ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması, eləcə də etimad mühitinin formalaşdırılması istiqamətində dövlət başçısının atdığı mühüm addımlar ədalətli rəhbər obrazını şərtləndirən amillərdəndir.

Qeyd edək ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. 
Aydındır ki, əfvetmə üçün müraciət olunur. Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunda qeydiyyatdan keçirilir və "Əfvetmə haqqında Əsasnamə"nin 7-11-ci bəndlərində nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır. Əfvetmə barədə müraciətin yoxlanılması nəticəsində on gün müddətində Əfv məsələləri sektoru müraciət etmiş şəxs tərəfindən tələblərə riayət olunmadığı müəyyən etdikdə, onun müraciətini baxılmamış saxlayır və həmin şəxsə bu barədə yazılı məlumatlar verir (bu halda müraciət etmiş şəxs göstərilən tələblərə riayət etməklə təkrarən əfvetmə barədə müraciət edə bilər). Müraciətin Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının səlahiyyətlərinə aid olmadığı müəyyən etdikdə, o müvafiq dövlət orqanlarına aidiyyəti üzrə baxılmaq üçün göndərilir. Əgər müraciət etmiş şəxs tərəfindən tələblərə riayət olunarsa,  müraciət baxılmaq üçün hazırlanır.

Xatırladaq ki, əfvetmə barədə məsələ Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dar müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatının vəsatəti əsasında qaldırılmışdırsa, Əfv məsələləri sektoru bu Əsasnamənin 8-10-cu bəndlərində göstərilən halları müvafiq dövlət orqanları, o cümlədən cəzanı icra edən orqan vasitəsi ilə araşdırır və mahiyyəti üzrə baxılması üçün hazırlayır. Əfv məsələləri sektoru müraciətin və ya vəsatətin əsasında əfvetmə barədə məsələyə Əfv Məsələləri Komissiyasında baxılması üçün aşağıdakı hazırlıq işlərini həyata keçirir Biriuncisi, cəzanı icra edən orqana məhkum olunmuş şəxsin törədilmiş cinayətə, əməyə, təhsilə münasibətini, davranışını, törətdiyi cinayətə görə peşmançılıq çəkməsini, səhhətini, məhkum olunmuş şəxsin əvvəlki məhkumluğunu, onun barəsində amnistiya və əfv aktlarının tətbiq edildiyini, vurulmuş maddi zərərin ödənilməsini əks etdirən arayış və əfvin tətbiq edilməsi məsələsinə baxılması üçün digər zəruri sənədlər verilməsi üçün sorğu göndərir. İkincisi,  müvafiq dövlət orqanlarına məhkum olunmuş şəxsin əvvəllər məhkum olunması, barəsində amnistiya və ya əfv aktının tətbiq edilməsi, şərti məhkum olunması, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın təxirə salınması, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə görə cəza çəkməkdən azad edilməsi, məhkumluğunun götürülməsi və ödənilməsi, məhkum olunmuş şəxs barədə hökmün qanuni qüvvəyə minməsi, vurulmuş maddi zərərin ödənilməsi barədə məlumatın, habelə məhkəmələr tərəfindən çıxarılmış hökmlərin və qərarların surətlərinin, zəruri hallarda isə digər əlavə sənədlərin verilməsi üçün sorğu göndərir. Üçüncüsü, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna əfvetmənin mümkünlüyü barədə əsaslandırılmış rəy verilməsi üçün sorğu göndərir.

Sorğu daxil olduğu gündən 15 gün müddətində cəzanı icra edən orqan və digər müvafiq dövlət orqanları bu Əsasnamənin 16.1-ci və 16.2-ci bəndlərində nəzərdə tutulmuş məlumatlara dair lazımi sənədlər Əfv məsələləri sektoruna təqdim edilir. Sorğu daxil olduğu gündən bir ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu əfvetmənin mümkünlüyü barədə rəyləri Əfv məsələləri sektoruna təqdim edilir.
Bundan sonra Əfv məsələləri sektoru daxil olmuş sənədləri və rəyləri ümumiləşdirərək və məhkum olunmuş şəxsin əfv edilməsi məsələsinə dair ümumi arayış tərtib edir. Ümumi arayışda şəxsin soyadı, adı, atasının adı, şəxsin doğulduğu il, ay, gün və yer göstərilir. Bundan başqa, şəxsin vətəndaşlı və milliyəti, məhkumluqdan əvvəl şəxsin məşğuliyyəti, ailə vəziyyəti, səhhəti və şəxsiyyəti barədə digər zəruri məlumatlar, habelə şəxsin əvvəlki məhkumluğu, onun barəsində amnistiya və əfv aktlarının tətbiq edilməsi, şərti məhkum olunması, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın tarixə salınması, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə görə cəza çəkməkdən azad edilməsi, məhkumluğunun götürülməsi və ödənilməsi barədə məlumatlar göstərilir. Arayışda həmçinin şəxs barədə hökmü çıxarmış məhkəmənin adı və hökmün çıxarıldığı tarix, hökmün qanun qüvvəyə minməsi barədə məlumatlar, şəxs barədə çıxarılmış hökmün nəticəvi hissəsi, cinayət qanununun hansı maddəsi ilə məhkum olunması, şəxsə təyin olunmuş cəzanın növü və cəzanın həddi barədə məlumatları əksini tapır.

Qeyd edək ki, törədilmiş cinayət üzrə vurulmuş maddi zərərin ödənilməsi barədə məlumat, şəxsin əfv edilməsi haqqında müraciətin və ya vəsatətin kimin tərəfindən verilməsi barədə məlumat, məhkum olunmuş şəxsin cəza çəkdiyi yer haqqında məlumat, cəzaçəkmə müəssisələrində rejim qaydalarına riayət etməsi, əməyə, təhsilə münasibəti, davranışı barədə məlumatlar, məhkum olunmuş şəxsin cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar barədə məlumatları; cəzaçəkmə müddətinin başlanğıcı və çəkilməmiş hissəsi barədə məlumatı;şəxsin əfv edilməsi barədə əvvəlki müraciətlərə baxılması barədə məlumat, məhkum olunmuş şəxsin törədilmiş əməldən peşmançılıq çəkib-çəkməməsi barədə məlumat  Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun əfvetmənin mümkünlüyü barədə rəylərinin nəticəvi hissəsi,  digər zəruri məlumatlar da arayışda olur.

P.S. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında müraciətlərinə müsbət rəy verilən məhbusların siyahısı Prezident İlham Əliyevə təqdim olunub. Tövsiyə xarakterli siyahıda 1100 məhbusun adı yer alıb.

Dövlət başçısının yaxın günlərdə əfv sərəncamı imzalayacağı gözlənilir.

(davamı var)

Tarix
21 May 2018 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin