Ana səhifə
25 Sentyabr 2018

Gültəkin Hacıbəyli keçmiş ərini məhkəməyə verib?

 

 

 

Keçmiş deputat Gültəkin Hacıbəyli keçmiş əri Mahmud Mehdiyevi yenidən məhkəməyə verib.

 

 

Ucnoqta.az xəbər verir ki bu barədə virtualaz.org saytına M.Mehdiyev məlumat verib.

 

Mahmud Mehdiyevin sözlərinə görə, keçmiş həyat yoldaşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verib:

 

“Ötən ilin mayın 17-də keçirdiyim mətbuat konfransında onu təhqir etdiyimi iddia edərək mənim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmağımı ustəyir”.

 

Bu gün - oktyabrın 9-da Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Lakin iş günü sona çatdığı üçün iclas oktyabrın 13-ə təyin edilib.

 

Xatırladaq ki, Gültəkin Hacıbəyli eyni iddia ilə ötən ilin oktyabrında da Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi. Hakim Fuad Babayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında G.Hacıbəylinin şikayəti araşdırılaraq dəlil yetərsizliyindən rədd edilmişdi.

 

Apelyasiya Məhkəməsində isə hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdı.

 

Tarix
9 Oktyabr 2014 [18:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin