Ana səhifə
16 Oktyabr 2018

Reyd: Kürdəmirdə qanunsuz 9 ağac kəsilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, reyd zamanı Kürdəmir rayonu Köhünlü kəndi ərazisində köküstə yaş 14-40 sm diametrliyində 9 ədəd ağacın kəsildiyi aşkar olunub.
Araşdırma zamanı ağacların Kürdəmir rayon sakini Əhməd Əhmədov tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Tarix
21 May 2018 [09:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin