Feysbukda yeni funksiya yaranır

17:56 - 20 May 2018 - Xəbər

Feysbuk sosial şəbəkəsinin istifadəçiləri audio-ismarışlar yerləşdirmək imkanı əldə edəcək. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, audio-yazılar rəngli fonda olacaq. Bundan başqa, istifadəçilər audio-ismarışlara şəkil və stikerlər də əlavə edə biləcək. İlk olaraq funksiya mayın 16-da Hindistanda, daha sonra isə bütün ölkələrdə tətbiq olunacaq.

Xəbər xətti