Ana səhifə
16 Oktyabr 2018

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb. Ucnoqta.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli yağış nəticəsində bəzi çaylarda sululuq artıb, Talaçay və Gorançay çaylarından qısamüddətli daşqın və sel keçib. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 40-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-50, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edib. Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 460 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 600 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 40 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 249 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 218 m3/s təşkil edərək ongünlük normanın 107 faizinə bərabər olub. Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqələrində 8, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Şirvanda 2 sm artım qeydə alınıb. Surra məntəqəsində suyun səviyyəsi 322 sm (2017-ci il mayın 14-də 366 sm), Şirvanda 179 sm (2017-ci il mayın 14-də 223 sm), Salyanda 105 sm (2017-ci il mayın 14-də 150 sm), Bankədə 175 sm (2017-ci il mayın 14-də 174 sm), Araz çayının Novruzlu məntəqəsində isə 28 sm (2017-ci il mayın 14-də 60 sm) təşkil edib.
Tarix
20 May 2018 [12:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin