Ana səhifə
25 İyun 2018

DGK Azərbaycandan Rusiyaya qanunsuz qərənfil daşınmasına münasibət bildirib

Dövlət Gömrük Komitəsi (DGK) Dağıstan Gömrük İdarəsinin "Məhərrəmkənd" gömrük postunda Azərbaycandan Rusiyaya gedən "Mercedes Benz" markalı avtomobildə qanunsuz şəkildə sərhəddən keçirilərək gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə yayılan məlumata aydınlıq gətirib. Ucnoqta.az xəbər verir ki, DGK-dan Trend-ə verilən məlumata görə, 17 may 2018-ci il tarixdə Azərbaycan Respublikasından Rusiyaya 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib: "Həmin tarixdə Rusiyaya gedən fiziki şəxslər-Azərbaycan vətəndaşları Sadıx Məmmədov tərəfindən 1 qutu, Məhəmməd Osmanov tərəfindən 2 qutu və Rusiya Federasiyası vətəndaşı Mirsalamət Ələkbərov tərəfindən 1 qutu qərənfil aparılıb. Qeyd edək ki, adları çəkilən yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmadığına görə sadələşdirilmiş bəyannamə ilə Azərbaycan gömrük orqanlarına bəyan edilib ki, bu zaman da qanunvericiliyə uyğun olaraq hər hansı digər əlavə sənəd tələb olunmur".
Tarix
19 May 2018 [16:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin