Ana səhifə
25 İyun 2018

Sabunçuda qadının evindən ov ləvazimatları oğurlanıb

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Hacıyeva ötən ilin avqust ayından cari il may ayının 17-dək olan müddətdə Bakıxanov qəsəbəsində yaşadığı binanın zirzəmisindəki saxlanc yerindən qardaşına məxsus rezin qayıq, 2 ədəd dalğıc geyimi 3 ədəd qundağlı oxatanın oğurlandığını bildirib. Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri Rəşad Həsənov və Pərvin Nəsibov olduqları, oğurladıqları ləvazimatları ovçular dükanına satdıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən qeyd olunan ləvazimatlar maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Tarix
19 May 2018 [13:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin